ABŞ-da 11 sentyabrdan bu yana ən qanlı terror: Ömərin atası səbəbi açıqladı

12-06-2016, 23:20           
ABŞ-da 11 sentyabrdan bu yana ən qanlı terror: Ömərin atası səbəbi açıqladı
ABŞ-ın Orlando ştatınd gey-bara silahlı hücum edib 50-yə yaxın adamı öldürən, onlarla adamı yaralayan əfqan əsilli Ömər Matinin atası oğlunun hərəkətinin mümkün motivlərini izah edib.

Virtualaz.org xəbər verir ki, Mir Seddiq adlı əfqan əsilli ABŞ vətəndaşı oğlunun bu addıma bir neçə ay əvvəl Mayamidə iki kişinin küçənin ortasında öpüşdüyünün şahidi olmasına görə gedə biləcəyini deyib. Onun sözlərinə görə, Ömər Matin bu səhnədən çox hiddətlənib. Çünki iki homoseksual onun arvadının və uşaqlarının gözü qarşısında öpüşürdü. Seddiq oğlunun hərəkətinə görə üzr istəməyə hazır olduğunu deyib, bildirib ki, baş verənlərin islam dininə dəxli yoxdur. Lakin İŞİD terror qruplaşması Orlando qırğınına münasibət bildirib və Ömər Matinin şəklini öz tvitter səhifəsində yerləşdirib.

* * *19:35

Son məlumata görə ABŞ-ın Orlando ştatında Pulse gey-klubunda silahlı şəxsin qurbanlarının sayı 50-yə çatıb.

Virtualaz.org xəbər verir ki, bu barədə mer Baddi Daer bildirib. Bu, ABŞ-d 2001-ci il 11 sentyabr terror hücumlarından sonra baş vermiş ən qanlı kütləvi qətliamdır. Hücumu həyata keçirən şəxsin adı məlumdur-bu, müsəlman ailəsindən çıxmış Ömər Matindir. 29 yaşlı Ömər Matinin ailəsi Əfqanıstandan olan miqrantdır. Hakimiyyət orqanları hadisəni “terror aktı” kimi xarakterizə edir, lakin hücumu həyata keçirən şəxsin motivləri haqda birmənalı məlumat yoxdur.

Bununla belə polis baş verənləri ötən ilin noyabrında Parisdə İŞİD terrorçularının törətdiyi hücumla müqayisı edir. Bildirilir ki, terrorçunun polislə danışıqlar zamanı irəli sürdüyü tələblər bu qənaətə gəlməyə əsas verir. Məlumata görə terrorçu yarımavtomat AR15 tüfəngi və tapança ilə silahlanıb, o, onlarla adamı girov götürüb və 3 saat ərzində güllələyib. Polis sonda bara hücum edərək terrorçunu güllələyib.



* * *18:58

Bu gün ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda kütləvi qətl törədən şəxsin ABŞ vətəndaşı Omar Matin olduğu məlum olub.

CBS telekanalının məlumatına görə, O. Matin Florida ştatının sakinidir.

Reuters. agentliyi isə Orlando polis rəisinə istinadən bildirir ki, gecə klubunda məlum hadisə zamanı 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

* * *15:56

ABŞ-ın Orlando şəhərindəki gecə klublarından birində baş verən atışma zamanı təqribən 20 nəfər həyatını itirib.

RİA Novosti-nin xəbərinə görə, bu barədə Orlandonun polis rəisi Con Mina keçirdiyi mətbuat konfransında məlumat verib.

"42 nəfər xəstəxanaya yerləşdirilib və təqribən 20 nəfər klubda ölüb", — deyə Mina yerli telekanallarla yayımlanan mətbuat konfransında bildirib.

* * *14:45

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda insanlara atəş açan və onları girov götürən şəxs öldürülüb.

Orlando şəhər polisinin Twitter sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən məlumatda belə deyilir. Həmin şəxsin öldürülməsi ilə bağlı təfərrüat açıqlanmayıb. WFTV telekanalı isə 40 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.

* * *13:55

Birləşmiş Ştatların Florida ştatının Orlando şəhərindəki gecə klublarından birində atışma zamanı ən azı 25 nəfər yaralanıb.

"Report" bildirir ki, bu barədə bazar günü hadisə şahidlərinə istinadən "Sky News" telekanalı məlumat yayıb.

İnsident "Pulse" klubunda qeydə alınıb. Əraziyə çoxsaylı polis dəstələri cəlb olunub.

"Silahlı şəxs ən azı 25 nəfəri yaralayıb, digərləri girov götürülüb", — deyə telekanalın məlumatında bildirilir.

Şəhər polisi bir neçə nəfərin yaralandığını təsdiq edib.

"Bir neçə nəfər yaralanıb. Hadisə yerindən uzaq olun", — deyə polis idarəsinin rəsmi "Twitter" səhifəsində bildirilib.

Şahidlərin sözlərinə görə, hücum zamanı klubda təqribən 100 nəfər ziyarətçi olub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.