İŞİD Palmiraya girdi
17-05-2015, 12:03
İŞİD terror qruplaşmasının Suriyanın tarixi şəhərinə girdiyi bildirilir.
ANS PRESS-in məlumatına görə, İŞİD silahlılarının antik palmira şəhərinə daxil olmaları barədə xəbərlər yayılıb. Bu barədə “AA”ya Xalid əl-Humsi adlı şəhər sakini xəbər verib.
O bildirib ki, Suriya ordusuna aid qüvvələrlə İŞİD-çilər arasında Tədmur hərbi həbsxanası yaxınlığında ciddi qarşıdurmalar yaşanmaqdadır.
Şəhərin şimal hissəsinə girən terrorçuların qarşısını almaq üçün orduya aid hərbi təyyarələr bölgəni hava hücumu ilə müdafiə etməyə çalışıb.
Bundan əvvəl Suriya yeli koordinasiya komitəsinin yaydığı açıqlamada İŞİD silahlılarının Tədmur şəhəri yaxınlığında neft sahələrini ələ keçirdiyi bildirilmişdi.
Qeyd edək ki, antik dövrün dini, eyni zamanda ticarət mərkəzlərindən biri hesab edilən Palmira şəhəri 1980-cı ildən etibarən UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilib.