Polşa Ukraynaya Mi-24 helikopterlərini təhvil verdi 9-07-2023, 15:24 Polşa Ukraynaya Sovet istehsalı olan 10-a yaxın Mi-24 helikopterini təhvil verib.“Qafqazinfo” xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Wall Street Journal” məlumat yayıb.“Polşa bu yaxınlarda Ukraynaya onlarla Mi-24 döyüş helikopteri təhvil verib”, – nəşr yazır.Nəşr göstərir ki, bu helikopterlərin Varşava tərəfindən Kiyevə ötürülməsi əvvəllər açıqlanmayıb. Facebook-da paylaş