Sudan və İran Bakıda diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər

9-07-2023, 16:16           
Sudan və İran Bakıda diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər
Sudan və İran yaxın vaxtlarda diplomatik əlaqələrin bərpası və səfirliklərin açılması barədə razılığa gəliblər.

Trend-ə məlum olub ki, bu qərar Azərbaycanda Sudanın xarici işlər naziri Əli əs-Sadiq ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında aparılan danışıqlarda qəbul edilib.

Rəsmi olaraq isə bunu İranın xarici işlər naziri rəsmi səfərlə gəldiyi Əlcəzairdə mətbuat konfransında bildirib.

Münasibətlərin bərpası Ər-Riyad və Tehran arasında normallaşma fonunda baş verir. Sudan 2016-cı ildə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan sonra İranla diplomatik əlaqələri kəsib. Bu ilin martında Səudiyyə Ərəbistanı və İran Çinin vasitəçiliyi ilə əldə olunan razılaşmanın bir hissəsi olaraq mart ayında münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Əs-Sadiq və Abdullahian arasında görüş Bakıda Qoşulmama Hərəkatının nazirlər görüşü çərçivəsində baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru