Sorğular İspaniya parlament seçkilərində müxalifətdə olan mühafizəkar Xalq Partiyasının qalib gələcəyini deyir

10-07-2023, 11:14           
Sorğular İspaniya parlament seçkilərində müxalifətdə olan mühafizəkar Xalq Partiyasının qalib gələcəyini deyir
İspaniyada seçkilərə iki həftə qalmış aparılan ictimai rəy sorğularına əsasən, mühafizəkar Xalq Partiyası (PP) hakim Sosialist İşçi Partiyasından (PSOE) irəlidədir, lakin partiya iqtidarda olmaq üçün ifrat sağ Vox partiyasının köməyinə ehtiyac duyacaq.

İpsos tərəfindən La Vanguardia qəzeti üçün iyulun 3-dən iyulun 6-dək keçirilən sorğuda 2000 nəfər iştirak edib və respondentlər 35 faizi müxalif PP, 28 faizi isə PSOE-yə səs verəcəklərini bildiriblər.

İyulun 23-də keçiriləcək seçkidən əvvəl aparılan sorğuda ifrat solçu Sumar partiyası 13 faiz, Vox partiyası isə 12,6 faiz dəstək alıb.

Səsvermə proqnozlarına əsasən, 350 üzvlük aşağı palatada PP 138 ilə 147 arasında, PSOE isə 102 ilə 112 arasında yer qazanacaq.

PP-nin ən çox ehtimal olunan koalisiya müttəfiqi olan Vox partiyası 32-39 yer qazanacağı proqnozlaşdırılır. Sumar partiyası isə 31-39 yer arasında yer alacağı gözlənilir.

Əgər sorğunun nəticələri düzgündürsə, bu o deməkdir ki, PP və Vox-un sağçı koalisiyası birlikdə mütləq çoxluq üçün kifayət qədər 180 yerə qədər yer qazanacaq.

Alternativ olaraq, PP və Vox birlikdə 170-ə qədər mandat qazana bilər ki, bu da PSOE və Sumar-ın solçu ittifaqının qazanması ehtimal edildiyi 150 yer sayından daha çoxdur.

Növbətənkənar parlament seçkiləri may ayında keçirilmiş bələdiyyə seçkilərdə zəif nəticələrdən sonra baş nazir Pedro Sançes tərəfindən təyin edilib.

İndiyə qədər bütün sorğular PP-nin seçkilərdə ən çox səs qazanacağını proqnozlaşdırıb.
amerikaninsesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru