Putinin həbs təhlükəsinə rəğmən BRİCS sammiti əyani olacaq

10-07-2023, 11:34           
Putinin həbs təhlükəsinə rəğmən BRİCS sammiti əyani olacaq
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa avqustda təşkili planlaşdırılan BRİCS (Brazil, Russia, İndia, China, South Africa) ölkələrinin sammitinin ənənəvi üz-üzə formatda keçirilməsinə qərar verildiyini bildirib.

O qeyd edib ki, təşkilat üç ilə yaxındır ki, əyani sammitlər keçirmir.

Xatırladaq ki, tədbirə maraq Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs qərarı çıxardığı Rusiya Prezidenti Vladimir Putinin sammitdə mümkün iştirakı və CAR-da saxlanılma təhlükəsidir.

Kreml bəyan edib ki, Putin sammitə dəvət alıb və onun iştirak formatı ilə bağlı “məqsədyönlü qərarlar veriləcək”. (Mənbə: mk.ru)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru