Fransa prezidentliyinə keçmiş namizəd: “Ölkə islam respublikasına çevrilə bilər”

10-07-2023, 12:54           
Fransa prezidentliyinə keçmiş namizəd:
Fransanın ifrat sağçı “Rekongista” partiyasının rəhbəri, prezidentliyə keçmiş namizəd Erik Zemmur hesab edir ki, ölkə köhnə istiqamətdə hərəkətini davam etdirərsə, İslam Respublikasına çevrilə bilər.

“Məsələn, gənc müsəlmanların əksəriyyəti İslam qanunlarının respublikanın qanunlarından üstün olduğuna inanır. Və liderlərimiz islamçılıq adlandırdıqları şeylə mübarizə aparmaq üçün nə edirlər? Onlar daha çox İslam, daha çox məscid, daha çox imam təklif etməyə davam edirlər. Əgər bu istiqamətdə davam etsək, demoqrafik və demokratiyaya görə, Fransa bir gün İslam respublikasına çevrilə bilər. İslamın fəth dini olduğunu unutmamalıyıq”, - deyə o, bəyan edib.

Eyni zamanda, Zemmur qeyd edib ki, fransızlar istəsə, bu tendensiya dəyişə bilər.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru