Çin ölkənin şimal-qərbindəki Tsyutsyuan kosmodromundan kosmosa yeni sınaq peykini uğurla buraxıb.
Modern.az xəbər verir ki, bu barədə Çinin “Sinxua” agentliyi məlumat yayıb.
Bu eksperimental peyk 9 iyul bazar günü “Çançjen+2C” daşıyıcı raketi ilə buraxılıb. O, artıq planlaşdırılan orbitinə çatıb.
Kosmik gəmi peyk internet texnologiyaları üçün sınaq missiyaları həyata keçirəcək. Qeyd olunur ki, bu buraxılış “Çançjen+2C” seriyalı daşıyıcının 478-ci uçuşu olub.