Küveytin balanslı və məsuliyyətli mövqeyinə hörmətlə yanaşırıq - Lavrov

11-07-2023, 10:44           
Küveytin balanslı və məsuliyyətli mövqeyinə hörmətlə yanaşırıq - Lavrov
Lavrov Qərbin Yaxın Şərq və Şimali Afrikanın onilliklər ərzində mövcud olan problemlərinə münasibətini ədalətsizlik adlandırıb.
Rusiya Federasiyası, Qərbin Ukraynadakı vəziyyəti qlobal fəlakət kimi təqdim etmək cəhdləri ilə bağlı Küveytin balanslı və məsuliyyətli mövqeyinə hörmətlə yanaşır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov Qərbin diqqəti daim Ukrayna problemini müzakirəyə çıxarmağa çalışdığına diqqət çəkib.
"Onlar bildirirlər ki, guya Rusiyanı məğlub etməlidirlər, çünki bu, gələcəkdə hansı ölkənin dünyaya hakim olacağını müəyyənləşdirir", - Lavrov deyib.
"Hesab edirəm ki, bu, Yaxın Şərq və Şimali Afrikanın onilliklər ərzində mövcud olan problemlərinə (Fələstin-İsrail münaqişəsi, həmçinin İraq, Liviya və Suriya problemləri) münasibətdə ədalətsizlikdir", - Rusiya diplomatiyasının rəhbəri bildirib.
sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru