Fransa Ukraynaya hərbi yardımı 170 milyon avro artırır

12-07-2023, 10:34           
Fransa Ukraynaya hərbi yardımı 170 milyon avro artırır
Fransa Ukraynaya hərbi yardımı 170 milyon avro artırır. "Report" xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov tviterdə yazıb.

Belə ki, iyulun 11-də Vilnüsdə Ukrayna və Fransanın müdafiə nazirləri hərbi yardımın artırılması haqqında saziş imzalayıblar.

Reznikov qeyd edib ki, Ukraynaya silahların alınması və tədarükü prosesi də sadələşdiriləcək. Bundan əlavə, ehtiyat hissələrinin birgə istehsalı və xarici silahlara texniki xidmət yaradılıb.

Daha əvvəl bildirilib ki, 11 ölkə Kiyevlə ukraynalı pilotların hazırlanması üzrə bağlı memorandum imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru