Səudiyyə Ərəbistanı neft hasilatını daha da azaldacaq
12-07-2023, 12:24

Səudiyyə Ərəbistanı hökuməti iclasda neft bazarının sabitliyini qorumaq üçün OPEC+ çərçivəsində tədbirləri gücləndirmək niyyətini təsdiqləyib.
“AzPolitika.info” “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyinin yaydığı bəyanatda deyilir.
“Nazirlər Şurası krallığın neft bazarında sabitliyi və tarazlığı qorumaq üçün OPEC+ ölkələri tərəfindən görülən tədbirləri gücləndirmək istəyini təsdiqləyib, o cümlədən neft hasilatı ixtisarının sutkada 1 milyon barelə çatdırmağı nəzərdə tutub” – deyə, bəyanatda bildirilib.
Səudiyyə hökuməti qeyd edib ki, neft hasilatının avqust ayına qədər azaldılması barədə qərar daha da uzadıla bilər.
Əvvəllər Səudiyyə Ərəbistanında neftin yuanla satışının aparılmadığını deyirdilər. “Saudi Aramco” neft şirkətinin prezidenti Amin Nasserin sözlərinə görə, son vaxtlar neft tədarükü artıb. Rusiya tərəfinin Asiyaya tədarükünü artırdığını nəzərə alan Səudiyyə Ərəbistanı Avropaya ixracın həcmini artırmaq qərarına gəlib. Məsələn, bir müddət əvvəl Polşanın PKN şirkəti ilə müqavilə imzalanıb.