İranda məşhur qəzetin redaktoruna cinayət işi açıldı

12-07-2023, 12:48           
İranda məşhur qəzetin redaktoruna cinayət işi açıldı
İranın Ümumi və İnqilab Prokurorluğu "Şərq" qəzetinin baş redaktoru Mehdi Rəhmaniyana qarşı cinayət işi açıb.

Axar.az xəbər verir ki, bu barədə Tehranın Baş prokuroru Əli Salehi məlumat verib.

O, baş redaktorun qadınlarla bağlı həqiqətə uyğun olmayan materialların qəzetdə nəşrinə icazə verdiyinə görə ittiham edildiyini bildirib.

Qeyd edək ki, bir neçə gün öncə “Şərq” qəzetində yeni biznes növü olaraq qız uşaqlarının oğurlanaraq saçlarının kəsilib satıldığı, İranda qadınların öldürülmə hallarının artdığı barədə xəbər yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru