Danimarka və Norveç Ukraynaya yardım haqqında “G7” bəyannaməsinə qoşulub

13-07-2023, 07:55           
Danimarka və Norveç Ukraynaya yardım haqqında “G7” bəyannaməsinə qoşulub
Danimarka və Norveç Ukraynaya yardım haqqında “G7” bəyannaməsinə qoşulublar.

“Report” xəbər verir ki, bu barədə Skandinaviya ölkələrinin baş nazirləri Mette Frederiksen və Yonas Qar Styere bildiriblər.

“Biz Şimal ölkələri olaraq elan edəcəyik ki, biz də bu işə qoşuluruq və bununla da Skandinaviya ölkələrinin təhlükəsizliyini təmin edirik. “G7”-nin bir araya gəlməsi və NATO sammitindən istifadə edərək Ukraynaya olan öhdəliyimizin təkcə burada və indi silah bağışlamaqdan ibarət olmadığını, həm də bunun bir daha təkrarlanmamasını təmin etməkdən ibarət olduğunu qeyd etmək olduqca müsbət haldır”, - deyə Mette Frederiksen bildirib.

Yonas Qar Styere də əlavə edib ki, təhlükəsizlik zəmanətləri NATO ölkələrinin Vilnüs sammitində artıq razılaşdıqları Ukraynaya hərtərəfli dəstək paketinə mühüm əlavədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru