Rusiya XİN Fransanı Ukraynaya raketlər ötürməkdə qınayıb

14-07-2023, 08:16           
Rusiya XİN Fransanı Ukraynaya raketlər ötürməkdə qınayıb
Parisin Kiyevi SCALP raketləri ilə təmin etmək qərarı münaqişənin gərginləşməsi istiqamətində növbəti addımdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Beynəlxalq həyat” jurnalının Ukrayna böhranı ilə bağlı yayılan suallarına cavabında deyilir.

"Fransa hakimiyyətinin bu cür hərəkətləri münaqişəsinin gərginləşməsinə xidmət edir", - Zaxarova bildirib.

Zaxarova Fransa Prezidenti Emmanuel Makronun ABŞ-dan geri qalmadığına diqqət çəkib.

Qeyd edək ki, Makron iyulun 11-də NATO-nun Vilnüs sammitinə gəldikdən sonra Fransanın uzun mənzilli raketləri Ukraynaya ötürmək niyyətini açıqlayıb.

"Reuters" agentliyinin məlumatına görə, Fransa Ukraynaya ümumilikdə 50 SCALP raketi vermək niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru