Səudiyyə Ərəbistanı iyun ayında rekord həcmdə endirimli Rusiya yanacaq mazutu idxal edib.
Agentlik analitiklərə istinadla bildirir ki, Səudiyyə krallığının bu addımı yayda elektrik istehsalı tələbini ödəmək və hasilatın azaldılması haqda “OPEC+” qərarına baxmayaraq, xam neft ixracını istədiyi səviyyədə saxlamaq üçün atılıb.
Məlumatda qeyd olunur ki, Səudiyyə Ərəbistanın Rusiyadan yanacaq mazut idxalı illik göstəricidən 10 dəfə artıq olub.
Rusiya üçün dünyanın ən böyük ixracatçısı ilə artan neft ticarəti, Avropa da daxil olmaqla, əsas bazarlara çıxışını bağlayan Qərb sanksiyalarına baxmayaraq, hasilatın qlobal alıcılara axınını davam etdirməyə imkan verir.
“Kpler data” analitik şirkətinin məlumatına görə, Səudiyyə Ərəbistanı iyun ayında Rusiyadan rekord 910 000 metrik ton (gündə 193 000 barel) mazut idxal edib.
Avropa İttifaqının Rusiya məhsullarına qadağasından sonra krallıq bu il Rusiyadan mazut idxalını artırıb. Məlumata görə, Səudiyyənin Rusiyadan yanacaq mazutu idxalı 2023-cü ilin birinci yarısında 2,86 milyon metrik tona çatıb ki, bu da bütün 2022-ci il üçün 1,63 milyon metrik tonu keçib. Reuters