Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim Sonq ABŞ-ı Şimal-Şərqi Asiyanı nüvə müharibəsinə sürükləməkdə ittiham edib.
Editor.az xarici mediaya istinadən bildirir ki, o, bu barədə iyulun 12-də Pxenyanın ballistik raket atmasından sonra toplanan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının fövqəladə sessiyasında danışıb. Şimali Koreyanın raket sınağını müdafiə edən Kim, bu sınaqların Pxenyanın özünümüdafiə hüququ olduğunu bildirib. Sınağın “qonşu ölkənin təhlükəsizliyinə heç bir mənfi təsir göstərmədiyini” qeyd edən Kim, raketin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü xatırladıb.