Rusiya XİN: Qərbin Kiyevə hərbi yardımı münaqişənin siyasi həllini yaxınlaşdırmır

15-07-2023, 10:14           
Rusiya XİN: Qərbin Kiyevə hərbi yardımı münaqişənin siyasi həllini yaxınlaşdırmır
Moskva Qərbin Kiyevə hərbi yardımının siyasi və diplomatik nizamlanmanı yaxınlaşdıracağı ilə bağlı mövqeyini qəti şəkildə qəbul etmir.

Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, ABŞ və onun satellitlərinin məqsədi Rusiya Federasiyasını “strateji məğlubiyyət”ə uğradıb, beynəlxalq arenada dominant təsirini saxlamaqdır.

"Paris Kiyevə uzaqmənzilli raketlərin tədarükü qərarı ilə məqsədyönlü şəkildə Ukrayna münaqişəsinin gərginləşməsi istiqamətində daha bir addım atıb", - deyə bəyanatda vurğulanıb.

O da bildirilib ki, NATO Pekindən gələn təhlükədən danışmaq üçün Çinin mənfi imicini formalaşdırmağa cəhd edir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru