Gürcü səfir Yaponiyada hücuma məruz qaldı- VİDEO

15-07-2023, 12:25           
Gürcü səfir Yaponiyada hücuma məruz qaldı- VİDEO
Hücumdan əvvəl "yol-nəqliyyat hadisəsi" baş verib, xəsarət alanların olmadığı qeyd edilib.
Gürcüstanın Yaponiyadakı səfiri Teymuraz Lejava Tokioda hücuma məruz qalıb.
Səfir naməlum şəxsin ön qapıdan arxa oturacağa keçməyə çalışdığı bir saniyəlik videonu yayıb.
Qəfildən o, səfirlik maşınının qapısını açıb və hücuma keçib.
"Bu, biabırçılıqdır. Səfirlik sürücüsünə soyuqqanlı davranışına görə minnətdaram. Biz Yaponiya hüquq-mühafizə orqanlarının hadisəni araşdıracağına ümid edirik", - Lejava "Twitter"də yazıb.
Eyni zamanda, Kyodo agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, hücumdan əvvəl "yol-nəqliyyat hadisəsi" baş verib. Lakin həqiqətdə nəyin baş verdiyi məlum deyil. Hadisə zamanı xəsarət alanların olmadığı qeyd edilib.
"Narahat olan hər kəsə təşəkkür edirəm. Xoşbəxtlikdən zərər görmədim. Ancaq bu hadisə çoxlu narahatlığa səbəb oldu. Zorakılıq ifadə vasitəsi kimi istifadə edilməməlidir, bu, qəbuledilməzdir", - Lejava yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru