Tətil səbəbindən İtaliyada yüzlərlə aviareys təxirə salınıb

16-07-2023, 09:13           
Tətil səbəbindən İtaliyada yüzlərlə aviareys təxirə salınıb
Planlaşdırılan tətil səbəbindən İtaliyada yüzlərlə aviareys təxirə salınıb. “Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Milli aviadaşıyıcı “ITA” əksəriyyəti daxili, lakin bir neçəsi Madrid, Amsterdam və Barselona kimi Avropa istiqamətlərinə olan 133 uçuşu ləğv etdiyini bəyan edib.

Büdcə aviaşirkətləri “Ryanair” və “Vueling” yerli vaxtla səhər saat 10:00-dan 18:00-a qədər tətil səbəbiylə onlarla uçuşu ləğv edib. Tətil edənlər arasında pilotlar, stüardessalar, baqaj və hava limanının işçiləri var.

Neapol hava limanının saytında səhər saat 10-dan etibarən onlarla reys təxirə salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru