İsrail paytaxtında keçirilən aksiyaya 150 minə yaxın adam qatılıb - VİDEO
16-07-2023, 09:59
Təxminən 150 minə yaxın insan Benyamin Netanyahu hökumətinin məhkəmə islahatlarına etiraz etmək məqsədi ilə Təl-Əvivin mərkəzində toplaşıb.
Aksiya İsrailin digər böyük şəhərlərində də baş tutub.
Qeyd edək ki, sözügedən islahatlar xüsusilə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını və hakimlərin seçiminə nəzarətin icra hakimiyyətinə verilməsini nəzərdə tutur.