İŞİD Suriyada qədim Palmira şəhərinin üçdə bir hissəsini ələ keçirib.

20-05-2015, 22:36           
İŞİD Suriyada qədim Palmira şəhərinin üçdə bir hissəsini ələ keçirib.
İŞİD terror qruplaşmasının silahlıları Suriyada qədim Palmira şəhərinin üçdə bir hissəsini ələ keçirib.

BBC- nin verdiyi məluma görə, şiddətli döyüşlərdən sonra silahlılar hökumət qoşunlarını qədim şəhərin bir neçə bölgəsindən sıxışdırıblar.

Qeyd olunur ki, yaxınlıqda yerləşən qaz yatağı da İŞİD-in hədəfindədir.

Terrorçuların Palmiraya hücumu may ayının əvvəlindən başlayıb. Döyüşlər zamanı hər iki tərəf böyük itki verib.

Qeyd edək ki, Palmira UNESCO-nun Dünya İrsi siyahısına daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.