İranın ali dini lideri Ayətulla Ali Khamenei beynəlxalq nüvə müfəttişlərinin hərbi sahələrə baş çəkməsini, yaxud alimləri dindirməsini istisna edir. Dövlət mediası mayın 20-də Khamenei-yə istinadla yazıb ki, İran nüvə proqramı üzrə danışıqlarda “məntiqsiz tələbləri” qəbul etməyəcək.
“Xaricilərin hərbi sahələrimizi təftiş etməsinə icazə verməyəcəyik,” o, deyib. “Xaricilərə icazə verməyəcəyəm ki, gəlib nüvə alimlərimizlə söhbət etsinlər”.
Bu arada İranla dünyanın altı fövqəldövləti yekun nüvə sazişini razılaşdırmağa çalışır. Məqsəd İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində Tehrana sanksiyaların qaldırılmasıdır.
Sazişin iyunun 30-dək əldə olunması üçün vaxt qoyulub.