Nyu-Yorkun əsas Milad ağacının işıqları yandırılıb - VİDEO

1-12-2023, 16:04           
Nyu-Yorkun əsas Milad ağacının işıqları yandırılıb - VİDEO
Nyu-Yorkun əsas Milad ağacının işıqları yandırılıb.

Məlumata görə, şəhərin mərkəzi meydanlarından birində - “Rokfeller Plaza”da keçirilən mərasimi yüzlərlə insan izləyib.

Uzunluğu 24 metr, çəkisi 12 ton olan Norveç yolkası noyabrın 11-də Vestal şəhərindən (Nyu-York) gətirilib. Onu bəzəmək üçün təxminən 8 km uzunluğunda naqillə 50 mindən çox rəngli lampadan ibarət yolka işıqlarından istifadə olunub. Yolkanın başlığı üç milyon “Swarovski” kristalı ilə bəzədilmiş, çəkisi 400 kq-dan çox olan büllur ulduzla taclanıb.
Qeyd edək ki, Milad ağacında işıqlar yandırılmamışdan əvvəl konsert olub. Burada musiqi ifaçıları Barri Manilou, Xloya Beyli, Keke Palmer, Ketrin Makfi, Manuel Turiso çıxış ediblər.
https://t.me/aznovost/67896
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru