"Volkswagen"in işçiləri ixtisarlara qarşı tətil elan ediblər

2-12-2024, 15:38           
"Volkswagen"in işçiləri ixtisarlara qarşı tətil elan ediblər
"Volkswagen" avtomobil konserninin işçiləri Almaniyada iş yerlərinin ixtisarına qarşı dekabrın 2-də tətil elan ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə "IG Metall" sənaye həmkarlar ittifaqının Aşağı Saksoniya federal torpağındakı nümayəndəsi Torsten Qröger məlumat verib.

"Bazar ertəsi bütün fabriklərdə xəbərdarlıq tətilləri olacaq", - o qeyd edib.

Almaniyanın "Volkswagen" avtomobil konserni qənaət tədbirləri çərçivəsində azı üç zavodunu bağlamaq və bununla da onminlərlə iş yerini ixtisar etmək niyyətindədir. Ölkədə şirkətin on zavodunda 120 minə yaxın işçi çalışır. Konsern daxilində qənaət tədbirlərinin tərəfdarları 30 minə qədər işçini ixtisar etmək istəyirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru