ABŞ sakinləri qorxu içində: Səmada peyda olan sirli dronlar günü-gündən çoxalır VİDEO

4-12-2024, 18:14           
ABŞ sakinləri qorxu içində: Səmada peyda olan sirli dronlar günü-gündən çoxalır  VİDEO
Nyu-Cersi ştatının sakinləri uzun müddətdir səmada müşahidə edilən dronlara görə narahatdırlar. Artıq ABŞ Federal Təhqiqat Bürosu bununla bağlı araşdırmalara başlayıb.
Bu barədə "NBC News" telekanalı məlumat verib.

Yerli sakinlər bildirirlər ki, sirli dronlar noyabrın ortalarından başlayaraq hər gün peyda olur, özü də sayları günü-gündən artır.

"Bir çoxları bu dronların haradan gəldiyini və kim tərəfindən idarə olunduğunu bilmək istəyirlər", - deyə telekanalda bildirilib.

Qeyd etmək lazımdır ki, ABŞ-də dronlardan istifadə ciddi şəkildə tənzimlənir. PUA-nı idarə etmək üçün Federal Mülki Aviasiya İdarəsindən (FAA) xüsusi icazə almaq lazımdır.

Polis vəziyyəti izləməyə davam edir, FTB isə hadisənin araşdırılmasına başlayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru