ABŞ münaqişədən sonra Ukraynaya hərbi dəstəyi davam etdirmək niyyətindədir

2-04-2025, 09:28           
ABŞ münaqişədən sonra Ukraynaya hərbi dəstəyi davam etdirmək niyyətindədir
ABŞ hətta münaqişə həll edildikdən sonra da Ukraynaya hərbi yardım göstərməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp tərəfindən ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsinə namizədliyi irəli sürülən Den Keyn bildirib.

“Müharibə başa çatdıqdan sonra Ukraynaya ordusunu inkişaf etdirməyə və uzunmüddətli sabitliyi təmin etməyə kömək etməyə davam etməliyik”, - Keyn namizədliyi üzrə dinləmələrdən əvvəl amerikalı senatorların suallarına yazılı cavabında vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Ukraynanın müdafiə qabiliyyətini dəstəkləyən dövlətlər şəbəkəsinin bir hissəsidir və Avropa Kiyevə yardım payını artırarkən diqqəti unikal hərbi resursların təchizatına yönəltməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru