Bu ölkədə məskunlaşanlara 100 min dollar ödənilir

Dünən, 15:34           
Bu ölkədə məskunlaşanlara 100 min dollar ödənilir
Son zamanlar bir çox ölkə müəyyən şəhərlərdə məskunlaşanlara təklif etdikləri təşviq proqramları ilə diqqət çəkir.
İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, çox vaxt yeni ölkəyə köçmək yüksək xərclər və yorucu prosedurlar deməkdir. Lakin bəzi ölkələr əhalinin yaşlanması, kənd yerlərinin boşaldılması və ya işçi qüvvəsi çatışmazlığı kimi səbəblərə görə bu prosesi tərsinə çevirirlər.

Son illərdə diqqətəlayiq bir tendensiyaya çevrilmiş köçürmə təşviqi proqramları hökumətlər tərəfindən məskunlaşanları dəstəkləmək üçün hazırlanır.

Bəzi ölkələr müəyyən bölgələrə köçənlərə nağd ödənişlər, pulsuz mənzil və ya vergi güzəştləri kimi güzəştlər təklif edir. Bu yolla həm iqtisadi inkişaf hədəflənir, həm də yeni əhali axını ilə sosial tarazlıq əldə edilir.

Bu təşviq proqramlarını həyata keçirən ölkələr arasında Cənubi Amerikada yerləşən Çili bu baxımdan ən səxavətli ölkələrdən biri kimi seçilir. Belə ki, bu ölkədə məskunlaşanlar 100 min dolların sahibi olurlar. Hökumət tərəfindən dəstəklənən “Start-Up Chile” adlı proqram, ölkəyə ilkin mərhələdə texnoloji yönümlü müəssisələrin cəlb edilməsi məqsədi ilə sahibkarlara 15,000 funt sterlinq ilə 77,000 funt sterlinq arasında kapitalsız maliyyə təmin edir.

Proqramın bir hissəsi olaraq, sahibkarlara təkcə maliyyə dəstəyi deyil, həm də bir illik viza, təlimat və resurslar təklif olunur. Bu məşhur proqrama müraciət 200 sualdan ibarət forma ilə hazırlanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.