Rusiya desantçıları “Allahu Əkbər” dedi - MARAQLI FOTOLAR...

24-10-2016, 22:41           
Rusiya desantçıları “Allahu Əkbər” dedi - MARAQLI FOTOLAR...
Rusiya desantçıları Misirdə öz həmkarlarıyla birgə namaz qıldılar.

Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi məlumata görə, hərbçilər ibadəti “Dostluq keşikçiləri-2016” hərbi təlimlərinin əsas mərhələsinin başlanması ərəfəsində icra ediblər.

Rusiya Hava Desant Qoşunlarının imam-muhtəsibi Ali-Hazrat Şamşaddinovun sözlərinə görə, onun təlimlərdə ruslar arasında görünməsi Misir hərbçiləri üçün gözlənilməz olub.

“...Rusiya HDQ-də müntəzəm olaraq namaz qılan müsəlmanlar da xidmət edirlər. Təlimlərin əsas mərhələsi ərəfəsində biz Misir desantçılarıyla birgə ibadət etdik. Onlar buna çox şad oldular. Məhəmməd Peyğəmbər əleyhissəlam buyurub ki, Allah qarşısında hamı bərabərdir. Desantçılar isə nəinki fiziki baxımdan, həm də ruhən sağlam olmalıdırlar. Məhz namaz bizə çətinliklərə sinə gərmək üçün güc verir” - deyə imam bildirib.

Xatırladaq ki, Rusiya və Misir desantçılarının Aleksandriya yaxınlığındakı birgə antiterror təlimləri oktyabrın 15-də başlayıb və 26-dək davam edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.