Bakıda tanınmış iş adamının ailə üzvləri ilə bağlı cinayət işi: istintaq davam edir - TƏFƏRRÜAT

Bu gün, 09:40           
Bakıda tanınmış iş adamının ailə üzvləri ilə bağlı cinayət işi:
Bakıda tanınan iş adamı, Sədərək Yusif Qədimbəyli kimi tanınan sahibkarın qardaşı Ənvər Qədimbəylinin oğulları – İlkin və İlham Qədimbəylilər barəsində cinayət işi başlanıb. Məlumata görə, İlkin Qədimbəylinin mühafizəçisi kimi çalışan Rövşən Hüseynov da şübhəli şəxs qismində saxlanılaraq həbs edilib. Qədimbəylilərin şəriki Xamis Qubadovla bağlıda ittiham irəli sürülüb.

Rəsmi məlumata əsasən, iş üzrə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə küllimiqdarda tələb etmə) ilə ittiham irəli sürülüb. İstintaq orqanı hazırda toplanan materiallar əsasında araşdırmanı davam etdirir.
Zərərçəkmiş Elnur Əhmədovun vəkili Bakunews.az-a verdiyi açıqlamada bildirib ki, aparılan araşdırmalar nəticəsində bu həbslərin davamlı xarakter ala biləcəyi ehtimal olunur.
Hadisənin detalları və istintaqın nəticələri barədə əlavə məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.

Bakunews.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru