Rusiya ordusu cəbhədəki itkilərə görə yeni rekorda imza atıb
Bu gün, 00:10

Ukraynada müharibə davam etdiyi üçün Rusiya hərbi itkilərə görə yeni rekordla üzləşə bilər. Bu il, proqnozlara görə, əsgərlər arasında itkilərin sayına görə Moskva üçün ən çətin il olma riski var.
Bu barədə Britaniya Müdafiə Nazirliyi X (Twitter) səhifəsində məlumat yayıb.
Analitiklərin fikrincə, 2022-ci ildə genişmiqyaslı işğalın başladığı gündən bəri Rusiya ölən və yaralananlar da daxil olmaqla, təxminən 950 min əsgər itirib. Təkcə 2025-ci ilin ilk dörd ayında itkilərin təxminən 160.000 nəfərə çatdığı təxmin edilir.
Bu temp davam edərsə, 2025-ci il itkilər baxımından əvvəlki illəri üstələyə, hər il artan itkilərin sabit tendensiyasını davam etdirə bilər.
Ukrayna Baş Qərargahının məlumatına görə, bu ilin aprelində Rusiya ordusu gündə orta hesabla 1200-dən çox insan itirib ki, bu da ayda təxminən 36 min nəfər təşkil edib. Mart ayında bu rəqəmlər daha da yüksək olub – gündə təxminən 1300 nəfər. Ən çətin aylar 2024-cü ilin son ayları olub, Ukraynanın yeni ərazilərini ələ keçirmək cəhdləri zamanı gündəlik itkilər 1600 nəfərə çatıb.
Britaniya kəşfiyyatı qeyd edir ki, əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya hələ də ciddi hərbi uğur əldə etməyib.
Rusiya prezidenti Vladimir Putinin mayın 9-na kimi “atəşkəs” elan etməsinə baxmayaraq, cəbhədə döyüşlər qızğın olaraq qalır.Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski xüsusilə Donetsk və Dnepropetrovsk vilayətlərində düşmən fəallığının artdığını bildirib.
Mayın 3-nə olan Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya ordusunun ümumi itkiləri artıq 955 min nəfərdən çoxdur. Təkcə son 24 saat ərzində düşmənin daha 1170 əsgəri öldürülüb.