İranda daha bir faciə: 800 nəfər xəstəxanalıq oldu

4-05-2025, 10:44           
İranda daha bir faciə: 800 nəfər xəstəxanalıq oldu
İranda qum fırtınası səbəbilə 800-dən çox insan tənəffüs və ürək probleminə görə xəstəxanaya müraciət edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Əhvaz Cundişapur Tibb Elmləri Universitetinin rektor müavini Dr. Meysəm Muazi açıqlama verib.

Muazinin sözlərinə görə, Xuzistan vilayətində baş verən güclü qum fırtınası nəticəsində son 24 saat ərzində 802 nəfər tənəffüs və ürək-damar problemləri səbəbilə xəstəxanalara müraciət edib. Onlardan 92-i stasionar müalicəyə qəbul olunub, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Xuzistan Meteorologiya İdarəsinin məlumatına görə, qum fırtınası İraq mənşəlidir. İdarə bölgədə hava şəraitinin təhlükəli səviyyəyə çatdığını nəzərə alaraq cümə axşamı və cümə günləri üçün “qırmızı xəbərdarlıq” elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru