Çin səfiri: "Vaşinqtonun tarifləri Pekini qorxutmayacaq"

4-05-2025, 12:14           
Çin səfiri: "Vaşinqtonun tarifləri Pekini qorxutmayacaq"
ABŞ ikitərəfli ticarət qərarları ilə Çini qorxuda bilməyəcək və Vaşinqton bu məsələlərlə bağlı danışıqlar aparmaq istəyirsə, Pekinlə bərabər hüquqlu dialoq qurmalıdır.

TASS xəbər verir ki, Çinin ABŞ-dəki səfiri Se Fen səfirliyin açıq qapı günündə çıxışı zamanı ABŞ administrasiyasına belə bir xəbərdarlıq edib.

Onun sözlərinə görə, gömrük rüsumlarının artırılması heç kimə sərf etmir: "Bu, biznesləri sabitsizləşdirir, xərcləri artırır, maliyyə bazarlarına zərbə vurur və qlobal iqtisadi artımı ləngidir. Tarif müharibəsini Çin başlamadı. Biz döyüşmək istəmirik. Lakin qorxmayacağıq. Biz təkcə öz qanuni hüquq və maraqlarımızı deyil, həm də beynəlxalq ticarət nizamını müdafiə edirik. Əgər ABŞ danışıqlar aparmaq istəyirsə, bunu bərabərlik, hörmət və qarşılıqlılıq ruhunda etməlidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru