Dubayda dünyanın ən hündür göydələnlərindən biri yanır - VİDEO

4-08-2017, 09:14           
Dubayda dünyanın ən hündür göydələnlərindən biri yanır - VİDEO
Dubayda dünyanın ən hündür binalarından biri olan 79 mərtəbəli “Torch” göydələni yanır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Gulfnews” məlumat yayıb.

Polisin nəşrə verdiyi xəbərə görə, binanın doqquzuncu mərtəbəsində başlayan yanğın qısa müddət ərzində yuxarı mərtəbələrə yayılıb. İnsanlar binadan təxliyə edilib. Yanğının nəzarətə götürülməsi istiqamətində tədbirlər görülür.

Daha çox “Dubay məşəli” adı ilə tanınan göydələndə bundan əvvəl 2015-ci ildə də güclü yanğın baş vermişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru