Göydən dollar səpələndi FOTO

4-08-2017, 18:03           
Göydən dollar səpələndi FOTO
Cənubi Afrikada silahlı dəstə üzvləri zirehli maşındakı pul kassalarını sındıranda pullar ətrafa yayılıb.

Moderator.az xarici mediaya istinadən bildirir ki, Cənubi Afrikada 10 silahlı dəstə üzvü pul daşıyan zirehli maşınları izləmək üçün yola çıxıb. Limpopo yolunda zirehli maşının təkərlərini bir-bir partladaraq dayandıran təcavüzkarlar sürücünü maşından çıxararaq yerdə sürüyüb.

Bununla da kifayətlənməyən silahlı dəstə üzvləri zirehli maşındakı pul kassalarını partladıblar. Partlayışın şiddətindən bəzi parçalar ağac budaqlarına çırpılıarkən göydən də pul yağıb.

Təxminən 2 milyon dolları oğurlayan dəstə üzvləri polis tərəfindən ələ keçirilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru