İŞİD-ə qarşı ilk dəfə olaraq, kamikadze hücumu həyata keçirilib, 33 terrorçu məhv olub

20-07-2015, 21:30           
İŞİD-ə qarşı ilk dəfə olaraq, kamikadze hücumu həyata keçirilib, 33 terrorçu məhv olub
İraqın Neynəva əyalətinin əl-Biac qəzasında İŞİD terror təşkilatının hərbi təlim qərargahı qarşısında minalanmış avtomaşın partladılıb.

SalamNews-un "al-HadathNews"a istinadla verdiyi xəbərə görə, bu barədə yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, İŞİD qərargahının qarşısında bir kamikadze tərəfindən həyata keçirilən partlayışda aralarında İŞİD-in yeniyetmə yaşlarında olan üzvləri də daxil olmaqla, ümumilikdə 33 nəfər ölüb.

İŞİD partlayışı planlaşdıranları tutmaq üçün qəzanın girəcəklərini bağlayıb və üzvlərinin cənazələrini Mosula göndərib.

Qeyd edək ki, İŞİD-in nəzarətində olmasına baxmayaraq, Mosul, Təlafir və əl-Biacda Terror təşkilatının üzvlərinə qarşı tez-tez hücumlar olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.