Qiymət və keyfiyyət baxımından ən yaxşı avtomobillər –Siyahı

27-06-2025, 10:38           
Qiymət və keyfiyyət baxımından ən yaxşı avtomobillər –Siyahı
“iSeeCars” jurnalı ən etibarlı 10 avtomobilin siyahısını açıqlayıb.

Milli.Az-ın məlumatına görə, reytinqdə birinci yeri yapon sedanı Honda Civic tutur, proqnozlaşdırılan ömür dövrü 13 il 7 aydır.

Siyahıda ikinci yeri 11,5 il gözlənilən istismar müddəti ilə Toyota Corolla tutub. Onun ardınca Mazda 3 hetçbek gəlir ki, o, ekspertlərin proqnozlaşdırdığı kimi, sahibinə təxminən 14 il xidmət edəcək.

Siyahıya həmçinin Honda Accord (proqnozlaşdırılan istifadə müddəti 13 il, 1 ay), Subaru Impreza (11 il, 2 ay), Mitsubishi Outlander Sport (11 il, 8 ay), Honda CR-V (15 il), Toyota RAV4 (14,5 il), Kia Soul (9 il, 9 ay) və Mazda 3 sedan da (10 il 5 ay ) daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru