Netanyahunun Tramp ilə planı: HƏMAS-dan qurtulmaq, Fələstini tanımaq...

Bu gün, 09:52           
Netanyahunun Tramp ilə planı:
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu Yaxın Şərqdəki vəziyyəti nizamlamaya yönəlik plan üzərində razılığa gəliblər, – “Israel Hayom” qəzeti yazır.
ABŞ-ın İrana endirdiyi zərbələrdən dərhal sonra ABŞ Prezidenti Donald Tramp, ABŞ Dövlət katibi Marko Rubio, İsrailin Baş naziri Binyamin Netanyahu və İsrailin Strateji məsələlər naziri Ron Dermer arasında dördtərəfli telefon danışığı baş tutub.
“Israel Hayom”un mənbələrinin məlumatına görə, bu danışıqlar zamanı Tramp və Netanyahu beş əsas maddədən ibarət olan gələcək fəaliyyət planını razılaşdırıblar.
ABŞ lideri və İsrail hökumət başçısının planına görə, Qəzza zolağındakı müharibə iki həftə ərzində başa çatmalıdır. Müharibənin bitməsi üçün əsas şərt anklavın idarəsinin Misir və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, dörd ərəb ölkəsinə verilməsidir.
Plana görə, HƏMAS qruplaşmasının qalan rəhbərliyi üçüncü ölkələrə deportasiya olunacaq və girovlar azad ediləcək.
İsrail və ABŞ liderləri razılaşıblar ki, Qəzza zolağını tərk etmək istəyən sakinləri bir neçə ölkə qəbul edəcək.
Plana əsasən, İbrahim Razılaşmaları (Sülh Müqavilələri) Suriyaya və Səudiyyə Ərəbistanına da şamil ediləcək. Ərəb və müsəlman ölkələri İsraili tanıyacaq və onunla rəsmi münasibətlər quracaqlar.
Qeyd edək ki, İsrail artıq Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeşlə İbrahim Razılaşmaları imzalayıb. Bu müqavilələr ölkələrin diplomatik əlaqələr qurmasına imkan verib.
İsrail, Fələstin Muxtariyyətində islahatların keçirilməsi şərti ilə “iki dövlət” konsepsiyası çərçivəsində gələcəkdə Fələstinlə münaqişənin həllinə hazır olduğunu bəyan etməyi vəd edir.
ABŞ isə öz növbəsində İsrailin Yəhudiya və Samariyadakı (İordan çayının qərb sahili) müəyyən suverenliyini tanımağa razı olub.
Azadlıq Qəzeti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.