Tramp və Netanyahunun yeni razılaşması: Müharibə DAYANDIRILIR

27-06-2025, 09:14           
Tramp və Netanyahunun yeni razılaşması: Müharibə DAYANDIRILIR
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdəki münaqişənin nizamlanması barədə razılığa gəliblər.
Ajans.az xəbər verir ki, bu barədə “İsrail Hayom” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ-nin İrana zərbə endirməsindən dərhal sonra Amerika lideri Donald Tramp, dövlət katibi Marko Rubio, İsrailin Baş naziri Benyamin Netanyahu və strateji işlər naziri Ron Dermer arasında dördtərəfli telefon danışığı olub.

İddia olunur ki, danışıqlar zamanı Tramp və Netanyahu beş bəndlik fəaliyyət planı üzərində razılığa gəliblər.

Amerika liderinin və İsrail dövlət başçısının planına görə, Qəzza zolağında müharibə iki həftə ərzində başa çatmalıdır.

Planda HƏMAS rəhbərlərinin üçüncü ölkələrə deportasiya edilməsi və girovların azad olunması nəzərdə tutulur.

İsrail və ABŞ liderləri qərara gəliblər ki, bir neçə ölkə Qəzza sakinlərini qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru