Qrossi: İranın nüvə obyektləri məhv edilməyib

Bu gün, 08:38           
Qrossi: İranın nüvə obyektləri məhv edilməyib
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi, ABŞ-ın İranın nüvə proqramının tamamilə məhv edildiyi iddiasına cavab verib. Qrossi, ABŞ-ın hücumlarını pisləmədən, İranın nüvə proqramının ciddi zərər gördüyünü bildirib.
Bizimyol.info xəbər verir ki, Qrossi Fransız media qurumuna verdiyi müsahibədə Yaxın Şərqdəki son hadisələri və İsrail ilə ABŞ-ın İranın üzərinə apardığı hücumları qiymətləndirib.

BAEA rəhbəri, ABŞ-ın İran nüvə proqramının tamamilə məhv edildiyi iddiasına münasibət bildirərkən: “İranın nüvə proqramı ciddi zərər görüb. 13 iyundan başlayaraq edilən hücumlar Natanz, İsfahan və Fordodakı uran zənginləşdirmə obyektlərinə mühüm fiziki zərər verdi”, - deyib.

Qrossi: “İranın nüvə obyektlərinin məhv edildiyi iddiası şişirdilib. Amma ciddi ziyanın olduğu barədə hər kəs razıdır. ABŞ Prezidentinin "İranın proqramı on illər boyu geri gedəcək" sözləri siyasi bir bəyanatdır. Buna görə də bu məsələyə geniş bir perspektivdən yanaşmaq lazımdır. Lakin hücumlar İranın qabiliyyətlərini azaldıb və İranın əvvəlki sürətlə davam etməsi çətinləşib”, - deyə qeyd edib.

ABŞ Prezidentinin açıqlamalarının hərbi hədəflərə yönəldiyini müdafiə edən Qrossi: “Niyyət və məqsəd məsələsi şəxsi fikirdir, bizim sahəmiz deyil. Biz yalnız ərazidə baş verənləri təhlil edirik. Biz İranın içindəyik, bu bizim işimizdir. Lakin zərərin dəqiq qiymətləndirilməsi üçün obyektlərə getmək lazımdır və bu asan deyil. Heç kəs zərərin tam ölçüsünü bilmir”, - deyib.

Zənginləşdirilmiş uran ehtiyatlarının yerləri ilə bağlı: “Hücumlardan əvvəl müşahidəçilər obyektlərdə idi. Hücumlar gözlənilməz idi. İran mənə qabaqlayıcı tədbirlər alacağını bildirdi. Hücumlar zamanı İran Xarici İşlər Nazirinə gedib qiymətləndirmə etmək üçün İrana getmək istədiyimi bildirdim”, - deyə o bildirib.

BAEA ilə əməkdaşlığın dayandırılması tələbinə və bu mövzu ilə bağlı İranın siyasi müzakirələrinə dair Qrossi: “Müzakirələr davam edir. İranın Agentliyin neytral olmadığına inanan siyasi səslər var, çünki Agentlik İsrailin hücumlarını pisləmədi və bu, İran Milli Məclisində qərara səbəb oldu. Bu qərarın ciddiliyini başa düşmək üçün İrandakı həmkarlarımla danışırıq”, - deyə qeyd edib.

“Agentliklə əməkdaşlıq beynəlxalq bir öhdəlikdir. İran NPT-nin üzvüdür və hüquqi olaraq bu əməkdaşlığı təkbaşına dayandırmaq hüququ yoxdur. Belə bir qərar yeni bir böhrana səbəb olar” deyə o əlavə edib.

BAEA rəhbəri, belə bir qərarın həyata keçirilməsi halında İdarə Heyəti iclası keçiriləcəyini və bunun İranın NPT-dən çıxması anlamına gələcəyini söyləyib. Ancaq “Düşünürəm ki, İran belə bir şey istəmir” ifadəsini işlədib.

İranın Agentliklə əməkdaşlığı barədə Qrossi: “İran həmişə əməkdaşlıq edib, amma bu əməkdaşlıq məhdud idi. Çoxsaylı suallara kifayət qədər inandırıcı cavab verilməyib. Uran izlərini tapdıq, onlar olmamalı yerlərdə tapıldı və texniki cavablar inandırıcı deyildi. Şəffaflıq çatışırdı”, - deyib.

İranın nüvə silahı istehsalına yanaşması barədə sorğuya Qrossi: “İranın nüvə silahı yox idi. Bu müharibənin yaxşı və ya pis olduğuna dair fikir bildirə bilmərəm. Agentlik müharibələrin qarşısını almaq üçün nəzarət edir. Mən sülhü üstün tutaram”, - deyə cavab verib.

Qadir, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.