`Capago Azərbaycan` viza mərkəzində PULQOPARMA ÜSULU... - "Ayıb deyilmi?!."
Bu gün, 11:52

"Şikayətim Capago Azərbaycan viza mərkəzindəndir!" "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında Mirzaga Oglu Vugar adlı sosial şəbəkə istifadəçisi qeyd edir. Narazı vətəndaş daha sonra bunları bildirir:
"İllər əvvəl bu viza mərkəzindən bir neçə dəfə istifadə etmişəm. Sözün doğrusu razı qalmışam və sevinmişəm ki, bir neçə ölkə səfirliyini özündə birləşdirən mərkəz vətəndaşlarımızın qulluğundadır. (Qeyd edim ki, Capago mərkəzi tək bizdə deyil bir neçə ölkələrdə mövcuddur)
Mərkəzin illər öncə (mən istifadə etdiyim dövrdən) internet üzərindən elektron sıra götürmək ödənişsiz idi. Əslində pulsuz qeydiyyat sıranın defisitinə gətirib çıxarırdı. Bir nəfər bir neçə sıranı qeydiyyatdan keçiridi və bununla sıra qıtlığı yaranırdı. Sıra ödənişli oldu və alqışa layiq bir addım idi. Sıra problemi qismən aradan qaldırıldı.
Mərkəzin "platinum" xidməti də var-
Fransız Konsulluğunun tələblərinə uyğun olaraq 100% düzgün və tam hazırlanmış ərizə.
Ərizə forması doldurulmasında köməklik. (France-Visas hesabının yaradılması).
Görüşdən əvvəl sənədlərin yoxlanılması (öncədən müraciət üzrə)
Viza müraciəti ərizəsinə sərf etdiyiniz vaxta qənaət edin.
Capago mərkəzində minimallaşdırılmış işləm vaxtı.
Qeyri-iş günlərində müraciət etmək imkanı.
Bütün suallarınızı cavablandırmaq üçün agentlərimizlə xüsusi ünsiyyət kanalları.
Görüş zamanı viza işləri üzrə fərdi yanaşma.
Capago mərkəzimizdə sənəd təqdim etmək üçün xüsusi ayrılmış qəbul növbəsi. Bu xidmətin qiyməti 100 manatdır (50 avro). Və...
Sira ödənişli olandan sonra (30 avro) nədənsə sənədlərdə səhv tapılır. Platinum xidmət təklif olunur və ya yenidən sıra götürmək təklif olunur. Yəqin ki, riyaziyyat aydın oldu...
Bütün sənədlər hazırdır sıra götürülüb, avia bilet alınıb, sənədlərin tarixi məs sıra gününə hazırlandığı vaxtda belə bir xəbər insanı təlaşa salır. 100 manata razı olmaqdan başqa bir əlac qalmır. Çünki növbəti sıranı 2-3 aydan sonra götürmək mümkündür. Çox cüzi bir düzəlişə bütün bir xidmətin ödənişin alınması nə qədər düzgündür? Ayıb deyilmi?!
Hörmətli Capago adminstrasiyası xahiş edirəm əvvəlki kimi düz və səlist çalışın..."