Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb? - Serbiyada küçələrdə qalmışıq VİDEO

27-06-2025, 11:37           
 Mehrab Xəlilovun rəhbəri olduğu “Jobs” MMC vətəndaşları aldadıb? -
Bir qrup Azərbaycan vətəndaşı işlə təmin ediləcəkləri vədi ilə Serbiyaya göndərilib. Lakin verilən vədlər reallaşmayıb, nəticədə onlar ağır duruma düşüblər.
"Azərbaycan Reallığı" xəbər verir ki, vətəndaşlar iddia edir ki, “Jobs” MMC-nin rəhbəri Mehrab Xəlilov Nəzər oğlu hər birindən 3500 manat alaraq Serbiyada işlə təmin olunacaqlarına söz verib. Lakin nə iş, nə də vəd edilən yaşayış və əmək şəraiti təmin olunmayıb.
Bu barədə sosial şəbəkələrdə də paylaşım edilib.
Bu hadisə təkcə maddi fırıldaq deyil — bu, həm də insan hüquqlarının və milli ləyaqətin açıq şəkildə pozulmasıdır.
Öz millətinin insanlarını bu cür aldadaraq xarici ölkələrdə çıxılmaz vəziyyətə salmaq nə vicdana, nə qanuna, nə də insanlığa sığır.
Zərərçəkmişlər aidiyyəti dövlət qurumlarından müdaxilə gözləyir və məsul şəxslərin cəzalandırılmasını tələb edirlər.
Jobs” MMC ilə əlaqə saxlayıb mövqeyini öyrənməyə çalışsaq da zənglər və mesajlarımız cavabsız qaldı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru