Klublararası dünya çempionatı: "Mançester Siti" - "Yuventus" matçında 7 qol

27-06-2025, 09:46           
Klublararası dünya çempionatı: "Mançester Siti" - "Yuventus" matçında 7 qol
ABŞ-də keçirilən klublararası dünya çempionatında G qrupunda mübarizə yekunlaşıb.

Oxu.Az xəbər verir ki, son turda qrupun liderləri "Mançester Siti" və "Yuventus" üz-üzə gəliblər. Maraqlı qarşılaşmada "şəhərlilər" 5:2 hesabı ilə "qoca sinyora"nı məğlub ediblər.
Autsayderlərin matçında isə "Əl-Ayn" "Uidad" klubuna qalib gəlməyi bacararaq yarışdakı ilk qələbəsini qazanıb - 2:1. Beləliklə də, bu nəticələrdən sonra 9 xalla qrupu ilk pillədə başa vuran "Siti" və 6 xala malik "Yuve" turnirin pley-off mərhələsinə adlayıblar. "Əl-Ayn" 3 xalla yarışı qrup 3-cüsü, xala həsrət qalan "Uidad" isə qrup sonuncusu kimi başa vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru