İki dövlət Rusiyaya qarşı təbliğat savaşına başladı 21-07-2015, 11:50 Polşa və Hollandiya Rusiya təbliğatına qarşı səmərəli cavab vermək üçün Avropa İttifaqında rusdilli televiziya kanalı yaradır. Axar.az xəbər verir ki, bu barədə məlumatı Polşa radiosu yayıb. Polşanın Xarici İşlər naziri Qjeqoj Sxetin televiziyanın yaradılmasını belə şərh edib: ”Bu, Hollandiyayla Polşanın təşəbbüsüdür. Lakin biz digər ölkələrin də bu işdə iştirak etməsini istərdik”. Qeyd edək ki, sentyabrın 10-da Varşavada bu layihənin maliyyələşdirilməsi mövzusunda konfrans keçiriləcək. Facebook-da paylaş