WizzAir-dən Cahangir Əsgərova cavab

24-07-2015, 12:53           
WizzAir-dən Cahangir Əsgərova cavab
WizzAir aviaşirkəti Bakıya uçuşlarını bu şəhərin hava limanı birtərəfli şəkildə bizimlə müqavilənin müddəalarını dəyişdirdikdən sonra dayandırıb. Şirkət heç vaxt nə Azərbaycanda, nə da başqa bir yerdə tələb olunan xidmət haqqlarını ödəməkdən imtina etməyib.

teref.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Macarıstanın WizzAir lou-kost aviaşirkətinin mətbuat xidmətindən AZAL-ın vitse-prezidenti Arif Məmmədovun "Azərbaycan Hava Yollarının" WizzAir-a heç bir maneəçilik törətmədiyi və lou-kost şirkətinin Azərbaycan bazarını özü tərk etdiyi ilə bağlı fikirlərini şərh edərkən bildiriblər.
Macar şirkətindən, həmçinin bildirilib ki, WizzAir xidmətlə bağlı qərarları bir sıra amillərə əsaslanaraq qəbul edir. Bundan başqa, aviaşirkət bildirib ki, 2015-ci ildə Bakıya uçuşlar bərpa olunmayacaq, çünki şirkətin bu il üçün iş qrafiki artıq müəyyən edilib:
"Lakin şirkət bu məsələ ilə bağlı istənilən yeni təklifini nəzərdən keçirməyə hazırdır. Əgər hava limanı rüsumları və uzunmüddətli saziş bizə Azərbaycana ucuz qiymətə uçuşları yerinə yetirməyə imkan versə, bu barədə əvvəlcədən xəbər veriləcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.