Milyarder çimərliyini Saakaşvilidən geri aldı
24-07-2015, 15:27
Regionlar Partiyasından keçmiş deputat, oliqarx Vasili Xmelnitskiyə məxsus Odessa çimərliyini fəhlələr yenidən hasara almağa başlayıblar.
Bu barədə şahidlər məlumat verib.
Onların sözlərinə görə, hələlik hasarlanma məftil çərçivələrlə aparılır. Fəhlələr aparılan işlər barədə jurnalistlərə açıqlama verməkdən çəkiniblər.
Hasar qurulmayan yerlərə isə adi marker lentləri çəkilib. Əraziyə əsas giriş mühafizə olunur.
Bir müddət əvvəl Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin göstərişinə əsasən çimərlikdə istirahət edənlərin azad giriş-çıxışının təmin edilməsi üçün beton hasar sökülmüşdü. Saakaşvilinin özü milyarderin çimərliyi hasara alması barəsində onun özünə ismarış göndərdiyini Feysbuk səhifəsində yazmışdı:
“Sizin yerli nümayəndələriniz 100 metrlik çimərlik zonası ilə bağlı Ukrayna su kodeksini pozaraq hasar çəkməyə başlayıblar. Heç kim sizin şəxsi mülkünüzə toxunmur və öz villanızı istəyinizə uyğun olaraq hasara ala bilərsiz. Amma çimərliyə toxunmayın və insanların əsəbləri ilə oynamayın. Bilin ki, odessalılardan ən yaxşı çimərliklərinin 1 kvadrat santimetrini də ala bilməzsiz”. (axar.az)