"Apple" 90 milyard itirdi

7-08-2015, 10:22           

İki həftəyə 90 milyard itirdi

Ölkə.Az xəbər verir ki, bu gün "Apple" şirkətinin dəyəri 20 iyuldaki göstərici ilə müqayisədə 90 milyard dollar aşağı düşüb.

Bu barədə məlumat "Business Insider" yayılıb. Hesablama son iki həftə ərzində buraxılmış səhmlər əsasında aparılıb. Bir səhmin qiyməti 115 dollar təşkil edir. Bu göstərici ikinci rübün nəticələrinin elan olunmasından bir gün öncə 130,97 dollar olub.

"Yahoo Finance"ın məlumatına görə, hazırds "Apple Inc."in ümumi dəyəri 656,21 milyard dollardır.

"Apple" 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompyuter firmasıdır. Şirkətin mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. 2005-ci ildən etibarən şirkətə Stiv Cobs rəhbərlik etmişdir. Apple Macintosh, iPhone, Mac Book, iPod və iPad şirkətin ən tanınan məhsullarıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.