60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB

20-04-2025, 10:29           
60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
Qubanın Xınalıq, Söhüb və Xaltan istiqamətində yerləşən 12 ümumtəhsil məktəbinin 62 şagirdi Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 20-də keçiriləcək ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edə bilməyəcək.

TEREF AZƏRTAC-a istinadla xəbər verir ki, buna səbəb Quba rayonuna güclü qar yağması ilə əlaqədar hazırda həmin istiqamətlərdəki yaşayış məntəqələrinə gedən yolların bağlı olmasıdır.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov bildirib ki, yaranmış vəziyyətlə əlaqədar müvafiq dövlət qurumlarına müraciət olunub. Sabah imtahanda üzrlü səbəbdən iştirak edə bilməyəcək şagirdlərin may ayında keçiriləcək analoji imtahanda iştirakı təmin ediləcək.

P.Nurmməmədov bildirib ki, sabaha kimi hər hansı istiqamətdə yol açılacağı təqdirdə şagirdlərin imtahanda iştirakı təmin olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru