Türkiyədə başa keçmək üçün ayağa düşmək - xalqın ayağına getmək lazımdır.

Bu gün, 09:34           
Türkiyədə  başa keçmək üçün ayağa düşmək - xalqın ayağına getmək lazımdır.
Kimə tərəfdar olmaq öz işinizdir. Mübahisəsi belə gülüncdür...
Amma Türkiyə - gəldi-gedər iqtidarların dışında belə - möhtəşəm ölkədir. Dünya gücləri - Qərbi və Şərqi ilə - bu dövlətin içində yaşayan etnik qrupları şirnikləndirib dövlətə qarşı ayaqlandırsalar da, Atatürk cümhuriyyətini Allaha, kitabına qəlbi ilə bağlı olanlara deyil, din dəllallarına təslim etməyə çalışsalar da, demokratik dəyərləri yox etmək üçün əllərindən gələni etsələr də...
Dövlətin NÜVƏsi - TÜRKlük diridir. Güclüdür!

Türkiyədə başa keçmək üçün ayağa düşmək - xalqın ayağına getmək lazımdır.
Türkiyədə iqtidar olmaq üçün... dünya var olandan yoxsul olan - əli xəmir, qarnı ac olan, çiynində `tutulmayan oğrular` bəsləyən xalqla bir nəbzə köklənmək lazımdır.
Bir vaxtlar Ərdoğan da bu yolu keçmişdi. İnandırmışdı. Sevilmiş və seçilmişdi. Amma...
HƏR AŞİQİN BİR DÖVRANI VAR...
Dünya var olandan kimsə zamana qalib gəlməmiş, Misir ehramlarından başqa...
Və kimsə zamanını aşıb ehram ola bilməmiş...
İndi CHP dikəlib yeni hekayə yazır... əlahəzrət xalqın ayağına gedir...
Bax bir... başkan, çiftçinin şapkasını başına qoyub, traktorunu sürür... millət ardına düşüb meydana tökülüşür...

Türkiyənin yeni siyasi hekayəsi yazılır...
Xalqın gözü tərəzidir, gerçəkdən sevirsə, seviləcək...
Amma... öz aramızdı...
Xalq dediyin də şah kimi bir şeydir... ayağına düşəni təltif edir
Mehriban Vezir
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.