Meksikalılar Trampdan qeyri-adi şəkildə qisas aldılar

20-04-2025, 11:17           
Meksikalılar Trampdan qeyri-adi şəkildə qisas aldılar
Meksikada bəzi qəhvəxanalar ABŞ Prezidenti Donald Trampın siyasətinə etiraz olaraq menyulardakı "Amerikano" qəhvəsinin adını "Meksikano" olaraq dəyişməyə başlayıblar.

CNN xəbər verir ki, bu təşəbbüs Trampın xüsusilə immiqrasiya siyasətinə qarşı yönəlmiş simvolik etiraz forması kimi dəyərləndirilir.

"Əgər mənim komandam adı "Amerikano"dan "Meksikano"ya dəyişdirmək istəsə, biz bunu edə bilərik", - deyə kafe sahibi Skarlett Lindemann bildirib. O, bu ideyanı "möhtəşəm" adlandıraraq vurğulayıb ki, sözlərin həqiqətən gücü var.

Qeyd edək ki, bu, Trampın siyasətinə qarşı ilk belə mədəni etiraz forması deyil. Meksikalılar bu kimi addımlarla ABŞ-nin sərt immiqrasiya yanaşmalarına qarşı öz narazılıqlarını ifadə edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru