"TikTok-da bir dəqiqəyə 100 manat qazanıram"

20-04-2025, 11:44           
"TikTok-da bir dəqiqəyə 100 manat qazanıram"
"Bir tanınmış şəxsin TikTok hesabında canlıya baxdım, gördüm ki, 2 nəfərdən biri onu söyür. Dedim ki, sən burada özünün söydürməyə oturmusan? Elə qorxdum. Dedi ki, sənin də hesabın var niyə canlı açmırsan? Cavab verdim ki, bunu görəndən sonra edərəm?"

Axşam.az xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə verilişində deyib. O, TikTok-dan dəqiqədə 100 manat qazanc əldə etdiyini açıqlayıb:

"Bir müddət keçdi Afaq Bəşirqızı (Xaql artisti - red.) ilə layihəmiz oldu. TikTok, instaqram, yutub üzərindən canlı çıxmalı idik. Bunu da ilk dəfə biz etmişik. Sonra hamı etdi, eləsinlər, mən paxıl adam deyiləm. Amma biz zövq aldıq. Ondan sonra ayda 2 dəfə də olsa canlı açıram. Mənə o qədər hədiyyə atırlar. Özüm utandım. Deyirəm ki, mən hədiyyə istəmirəm, sadəcə danışmaq üçün bunu edirəm. 4 dəqiqə canlıda oldum 400 manat pul hesabıma gəldi. Dəqiqəm orada 100 manatdır. Gör, orada 1 saat olsam nə olar. Səbrim çatmır. Gərək ona gün ayırım, iş olmasın".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru